“AGBank” 2015-ci il Yay Təcrübə Proqramının seçim turuna başlayır.
Bankdan bildiriblər ki, bank Yay Təcrübə Proqramı ilə yüksək potensiala malik gəncləri seçim turundan keçdikdən sonra karyera qurmağa dəvət edir.
“AGBank”ın Yay Təcrübə Proqramı iyunun 1-dən avqustun 31-dək davam edəcək.
Vətəndaşlar ərizə və müraciət formasını [email protected] elektron ünvanına mayın 7-dək təqdim edə bilər.