"Mono Eco"nun hansı üstünlükləri var? – Araşdırma | Banco.az

"Mono Eco"nun hansı üstünlükləri var? – Araşdırma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu dəfə AFB Bank-ın Mono Eco debet kartı haqqında məlumat hazırladıq. 

Kart haqqında ümumi məlumat

Kartın müddəti 36 ay, valyutası AZN/USD/EUR/GBP-dir. Visa və ya Mastercard olaraq təqdim edilən kart ödənişsizdir. 

Kart hesabının qalığına hesablanan illik faiz dərəcəsi (overnight) 8% təşkil edir. Xarici valyutada gəlir 1.5%-dir. Overnight üzrə limitlər milli valyutada min. 50, maks. isə məhdudiyyət yoxdur. Xarici valyutada isə 50-30 000 aralığındadır.

Nağdlaşdırma və SMS məlumatlandırma

AFB Bank-ın ATM və POS-terminallarından aylıq nağdlaşdırma 10 000 AZN (və ya xarici valyutada ekvivalenti) – komissiyasız, 10 000 AZN (ekvivalent)-dən yuxarı – 0.5%-dir (min 1 AZN/USD/EUR/GBP). Yerli bankların ATM və POS terminallarından nağdlaşdırma (aylıq) 5000 AZN (və ya xarici valyutada ekvivalenti) – komissiyasız, 5000 AZN (ekvivalent)-dən yuxarı – 1.5-%-dir (min 1 AZN/USD/EUR/GBP).

SMS məlumatlandırma xidməti üzrə aylıq abunə haqqı 1.00 AZN, kartın statusunun dəyişdirilməsi (bağlanması,aktivləşdirilməsi, açılması), itirilmiş PİN kodun yenilənməsi (PİN Eraze), PİN kodun dəyişdirilməsi (PIN Change) ödənişsizdir.

“Card to card” əməliyyatı (aylıq) 5000 AZN (və ya xarici valyutada ekvivalenti) – komissiyasız, 5000 AZN (ekvivalent)-dən yuxarı – 1.5 %-dir (min 1 AZN/USD/EUR/GBP).

Keşbək

Bank müxtəlif kateqoriyalar üzrə keşbek faizləri təklif edir: Kinoteatr 5%, market 1%, şirniyyat 1,5%, otel 1,5%, YDM 0.5%, geyim 1,5%, aptek 1%, kafe və restoran 1%, digər 1%.

Aylıq maksimum keşbek məbləği 100 AZN, kateqoriyalar üzrə maksimum keşbek məbləği isə 20 AZN-dir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram