Expressbank bu ilin ilk rübünün nəticələrini açıqladı | Banco.az

Expressbank bu ilin ilk rübünün nəticələrini açıqladı

Expressbank-ın aktivləri 1 aprel 2015-cü il tarixinə 290,9 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 18,9 mln. manat və ya 10,1 %  artaraq 206,8 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2015-ci il tarixinə 129,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 53,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 23,2 % çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bankın 1 aprel 2015-ci il tarixinə məcmu kapitalı isə 139,3 mln. manat təşkil edib.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.