İqtisadi gündəmin ən çox müzakirə olunan mövzularından biri də dollar və avro qarşıdurmasıdır. Qarşıdurmada hansının üstün olması isə bir qədər mübahisəlidir.
İqtisadiyyatı sağlam olan ölkənin güclü valyutası olduqda bu həmin ölkənin vətəndaşlarına birbaşa yaxşı təsir göstərir. Belə ki, idxal xərclərinin aşağı olması və müsbət ticari şərtlər insanlara əla yaşayış standartları bəxş edir. Belə ölkələrdə adətən, idxalat ixracatı üstələyir.
O zaman ki, ölkələr iqtisadi geriləmədən və ya zəif iqtisadi artımdan azad olmaq istəyir, burda mənfəətlər o qədər də irihəcmli olmur. Çünki, güclü valyutanın ixracata gətirdiyi əks küləklər bu mənfəətin rolunu azaldır. Bu zaman dolların dəyərləndirilməsi ilə bağlı ortaya belə bir sual çıxır. Bəs, ABŞ iqtisadiyyatı buna dözəcək qədər güclüdürmü? Bu sualı Bob Mcteer Forbes-a verdiyi müsahibədə belə cavablandırıb: “Fikrimcə, o dolların kursunu aşağı qiymətdə saxlamayacq qədər güclüdür. Dolların kursu da eyni ilə neftin qiymətinin düşməsi kimi olacaq: Çox uzaq və çox sürətli. Əlbəttə ki, əgər məsələyə müfəssəl yanaşsaq görərik ki, dollar- avrozonanı 3 qat iqtisadi böhrandan və deflyasiyadan kənarda saxlamalı olan “kövrək” avronun təcəssümüdür. Buna baxmayaraq dünyanın heç bir yerində, dolları kompensasiya edəcək valyuta yoxdur. Son tendensiyaların ekstrapolyasiyası göstərir ki, avronun məzənnəsi tezliklə dollarla bərabərləşəcək. Halhazırda 1 avro 1.30 $-a bərabərdir. Bu qısa zaman ərzində çox kəskin düşmə oldu.”
Ekspert sonda qeyd edib: “əgər valyutalarla bağlı tənzimləmələr etmək istəyirsinizsə, buna ehtiyac yoxdur. Məsələni bazarın öhdəsinə buraxın. O, hər şeyi qaydasına qoyacaq.”