ABŞ-ın dövlət borcu rekord həddə çatdı | Banco.az

ABŞ-ın dövlət borcu rekord həddə çatdı

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ-ın dövlət borcu son iki gündə rekord həddə - 358 milyard dollar artıb.

Banco.az xəbər verir ki, ABŞ-da federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir.

Köhnə maliyyə ilinin sonuncu günündə dövlət borcu 131 milyard dollar artsa da, yeni ilin ilk günündə artıq 226,5 milyard dollar artmışdı.

Nəticədə ABŞ-ın dövlət borcu rekord həddə - 37,86 trilyon dollara çatıb.

Beləliklə, baş verən maliyyə ili dəyişikliyi ABŞ dövlət borcu tarixində ən bahalı oldu. 2024-cü ildə maliyyə ilinin əvvəlindən bəri dövlət borcunun artması iki gündə 347,6 milyard dollar təşkil edib.

Bu ilin avqustunda ABŞ-ın dövlət borcunun tarixdə ilk dəfə olaraq 37 trilyon dolları keçdiyi bildirilir . Üç gün ərzində 6 milyard dollar artıb.