ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkə buraxmağı planlaşdırır | Banco.az

ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkə buraxmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Maliyyə Nazirliyi 2026-cı ildə prezident Donald Trampın təsviri olan 1 dollarlıq sikkə istehsal etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, sikkənin bir tərəfində Trampın profili əks olunub. 

Digər tərəfdə Amerika bayrağının qarşısında yumruğunu sıxmış Trampın təsviri  və “mübazrizə,mübarizə və döyüş” sözləri yazılıb .

Xəzinədar Brandon Beach  yazıb:

"Bu, saxta xəbər deyil. Amerikanın 250 illik yubileyi və prezidentin xatirəsinə həsr olunmuş bu ilkin layihələr realdır.

Mən ABŞ hökumətinin bağlanması başa çatdıqdan sonra daha çox şey paylaşmaq üçün səbirsizlənirəm".