Bakının valyuta bazarında böyük gərginlik yaşanır.
ABŞ dolları və avronun bahalaşması əhalinin valyutadəyişmə məntəqələrinə axın etməsi ilə nəticələnib.
İnsanların bəziləri bu artımın davam edəcəyini, bəziləri isə bir müddət sonra xarici valyutanın yenidən ucuzlaşacağını düşünür.
Bu fərziyələrlə banklara üz tutanlardan bəziləri isə əliboş qayıtmalı olurlar. Çünki hələlik bəzi banklar rəsmi şəkildə valyutadəyişmə xidmətləri göstərmir.
ANS PRESS olaraq bir neçə bankda olduq. Öyrəndik ki, bankların çoxu valyutadəyişmə xidmətini dayandırıb.
Lakin kiçik valyutadəyişmə məntəqələrində dəyişiklik özünü göstərirdi. Banklardan fərqli olaraq burada həm dollar, həm də avro alınıb-satılırdı.
Dəyişikliyə əsasən indi kiçik məntəqələrdə ABŞ dollarının alışı 1.0485, satışı 1,0530, avronun isə alışı 1,183, satışı isə 1,207 manat idi.