Silk Vey Bankın kredit portfeli 23,38 % böyüyüb. Bu haqda Bankın maliyyə hesabatlarına istinad edən Banco.az portalı məlumat verir.
“Silk Vey Bank” 2014-cü ilin yekunlarına dair illik hesabatları açıqlayıb. Ötən 1 il ərzində Bankın kredit portfeli 23,38% artaraq, 178, 782 mln manata çatıb. Bankın cəmi aktivləri isə ötən il ərzində 16,93% böyüyərək, 232, 741 mln manat təşkil edib.
Depozit portfelində və cəmi kapitalın həcmində müvafiq olaraq, 25,17% və 8,54 % artım qeydə alınıb.
Başa çatmış il ərzində Silk Vey Bankın faiz gəlirləri 43,91 %, faiz xərcləri isə 72,31% artıb və müvafiq olaraq, 20, 276 mln və 7 394 mln manat təşkil edib.
Silk Vey Bank 2014-cü ili mənfəətlə başa vurmağa müvəffəq olub, Bankın vergidən sonrakı mənfəəti 2013-cü illə müqayisədə 24,06% artıb. Beləliklə 2014-cü ildə Bankın vergidən öncəki mənfəəti 2, 601 mln manat təşkil edib.
Daha ətraflı şəkildə infoqrafikada izləyə bilərsiniz.