Rusiyanın reytinqi nə qədər aşağı düşdü? | Banco.az

Rusiyanın reytinqi nə qədər aşağı düşdü?

"Fitch" reytinq agentliyi Rusiyanın reytinqini "BBB" səviyyəsindən "BBB-(minus)" səviyyəsinədək endirib.

Bu ən aşağı investisiya reytinqidir.

Agentliyin qərarı neft qiymətlərinin enməsi və rublun dəyərinin düşməsi ilə bağlıdır.

"Fitch" həmçinin Qərbin sanksiyalarının mənfi təsirini də qeyd edir. Sanksiyalara görə Rusiya bankları və dövlət şirkətləri xarici kapital cəlb edə bilmir.
Ölkənin reytinqi daha bir pillə azaldılsa Rusiya "Fitch"in "zibil" ("junk") kimi tanınan qeyri-investisiya reytinq zonasına keçəcək.

İqtisadi ekspertlərin fikrincə Rusiyadakı iqtisadi böhrana görə ölkə bu yaxınlarda üç əsas beynəlxalq reytinq agentliyinin bu zonasına keçə bilər.
Rusiyanın "Standard & Poor's" agentliyi ilə reytinqi həmçinin "BBB-(minus)"dur, "Moody's" isə hələ ki daha yüksək "Baa2" reytinqini saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com