Londona göndərilən jurnalistlər hansı meyarlarla seçiləcək? | Banco.az

Londona göndərilən jurnalistlər hansı meyarlarla seçiləcək?

Artıq 4-cü dəfədir ki, Paşa Bank və British Council Azərbaycan mətbuatına töhfə verərək, biznes sahəsində çalışan jurnalistlər üçün xüsusi, ixtisaslaşmış təlimlər keçir. Bu təlimlər jurnalistlərə multi-media sahəsində yeni bilik və bacarıqlar qazanmaq imkanı yaradır.

Təlimlə bağlı qısaca

Təlimlər məhz biznes və maliyyə sahəsində çalışan jurnalistlər üçün nəzərdə tutulub və bir neçə mərhələdən ibarətdir.

Təlimdə iştirak edən jurnalistlər ilk öncə esse müsabiqəsindən, daha sonra isə Paşa Bank və British Council-in nümayəndələrindən ibarət jüri ilə müsahibə mərhələsindən keçiblər.

Ötən gün təlimin artıq ikinci sessiyası başa çatdı. Qeyd edək ki, öncədən də elan edilmiş şərtlərə əsasən təlimin ən fəalları 1 həftəlik London təlim-səfərinə çıxacaq.

Bu səfər isə jurnalistlərə Böyük Britaniyanın ən aparıcı mətbuat orqanları ilə görüşmək, yeni əlaqələr qurmaq imkanı yaradacaq.

Təlimin bizə verdiyi əlavə imkanlar

Təlimin iştirakçılar üçün yaratdığı digər unikal imkan isə ADA Universitetində 10 həftəlik, iki mərhələli ingilis dili kurslarına qatılmaqdır.

Bu isə iştirakçılara öz dil biliklərini möhkəmləndirmək, xarici mətbuatı daha sıx şəkildə izləmək və Azərbayanı başqa ölkələrdə təmsil edərkən öz fikirləri daha yaxşı ifadə etmək imkanının yaradılmasıdır.

Təlimdə öyrəndiklərimiz

Təlimdə iştirak edən jurnalistlərin tərkibi olduqca müxtəlifdir. Onların bəziləri televiziyada, bəzi nümayəndələr isə onlayn media vasitələrində çalışır. Məhz bu səbəbdən də bir iştirakçı güclü olduğu aspekt, digərinin ən zəif olduğu bir tərəfdir.

Təlimçimiz Dan Mason isə aradakı bu fərqə rəğmən hər kəsin maraq göstərəcəyi və həvəslə çalışacağı onlayn, multi-media alətlərini bizimlə paylaşır. Səbr və təmkinlə bizi öyrətməyə çalışır. Onun təmkininə isə çoxları həsəd apara bilər.

Ən sərfəli kredit üçün müraciət et

  1. Təlmin başa çatan ikinci sessiyasında biz video intervyular almağı, video üzərində işləməyi, çəkiliş və montaj ilə bağlı baza biliklərini əldə etdik.
  2. Həmçinin Dan bizə bloq yazmaq və onun strukturunu hazırlamaq ilə bağlı ən zəruri bilikləri verməyə çalışdı.
  3. Yeni yaranan və ən müasir saytların bugünkü zamanda hansı prinsiplə çalışması, hansı yenilikləri etməsi və bəzən uğursuzluq ilə nəticələnməsinə baxamayaraq, cəhd etməkdən və yeni vasitələri sınamaqdan çəkinməmək ilə bağlı təcrübəni bizimlə bölüşdü.
  4. Yazıların sosial mediada daha sürətlə paylaşması və mobil vasitələrdə daha rahat izlənməsi üçün hansı alətlərdən, başlıqlardan, mətn formalarından istifadə edə biləcəyimizi öyrətdi

Bu siyahını daha da uzatmaq olar. Amma anlamaq üçün iştirakçı olmaq lazımdır.

Bəs Londona kimlər gedəcək?

Əslində hər bir iştirakçının buna tam imkanı var, sadəcə potensialını ortaya qoymaq, dinamik və əzmkar olmaq lazımdır.

Dan deyir ki, insan öz sahəsində mükəmməl ola bilər. Amma bizə mükəmməl iştirakçı deyil, səhvlər edən, lakin səhv edəcəyindən çəkinməyən dönə-dönə öyrənməyə çalışan və əzmkar və zəhmətkeş biri lazımdır.

“Gələndə hamı ilə salamlaşan, gedəndə sağollaşan və özünü komandanın bir üzvü kimi hiss edəcək biri”.

Odur ki, cəhd etməkdən və yanılmaqda çəkinməyin, yetər ki, öyrənin.