“Azərbaycan iqtisadiyyatı Ukraynadakı böhranın hər bir təsirinə dayanıqlıdır. Amma neftin ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir edə bilər”.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca Əl-Mərzuqi deyib.
“Neftin qiymətinin sabit və qəflətən azalması səbəbindən yaranan boşluğu doldurmaq üçün həyata keçiriləcək fiskal siyasət qeyri-neft sektorunda artıma təsir edə bilər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan üçün prioritet məqsədlərdən biri hökumətin fiskal konsolidasiya üzrə orta müddətli strategiyanın davam etdirilməsi yolu ilə neft-qaz sektorundan asılılığın azaldılmasıdır.
Mənbə
APA.az