Bankomatdakı texniki nazaslıq bu şəxsə yüz minlərlə dollar qazandırdı. Avstraliyalı Den Sounders qəribə gəlir mənbəyi ilə ölkədə gündəm yaradıb. Sən demə, Den aylardır bankomatdakı texniki nasazlıqdan istifadə edərək ona məxsus olmayan 1 milyon dollardan çox pulun axırına çıxıb.
Əslində bu texniki nasazlığın nədən ibarət olduğunu Den heç özü də bilmir. Bir müddət əvvəl dostları ilə yeyib-içdikdən sonra pul çıxarmaq üçün bankomata yaxınlaşan avstraliyalı hesabında cəmi 3 dollar olmasına baxmayaraq bankamatın 203 dollar çıxarıb.
Bir gün sonra oxşar vəziyyətlə qarşılaşan Den texniki nasazlığın sadəcə onun kartında yaşandığını üzə çıxarıb. Bu barədə heç kimə bir kəlmə də danışmayan avstraliyalı o gün bu gündür bankomatdan 1.6 milyon dollar pul çəkib.
Məsələ burasındadır ki, Den Soundersə heç nədən 1.6 milyon dollar qazandıran bu texniki nasazlıq nə bankdan, nə də onun özündən qaynaqlanır. Hadisədən xəbərsiz olduqlarına görə, heç kim indiyə kimi Deni o qədər pulu niyə çəkdiyinə görə ittiham etməyib. Bankomatdan çıxardığı pulları ölkənin ən lüks restoranlarında sərf edən Den, ən məşhur otellərdə gecələməklə əsl milyonçu həyatı yaşayır. Amma onun həyat hekayəsinin ölkə mediasında işıqlandırılmasından sonra Den Sounderin axtarışlarına başlanılıb.
Atvxeber.az