8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Unicapital İnvestisiya Şirkəti əməkdaşlarının peşəkar və sosial inkişafına dəstək məqsədilə “Gender bərabərliyi” mövzusuna həsr olunmuş seminar təşkil edib. Martın 6-da keçirilən tədbir şirkətin korporativ mədəniyyətinin inkişafı və inklüziv iş mühitinin təşviqi istiqamətində atdığı addımların davamı kimi baş tutub.
Seminar çərçivəsində iştirakçılarla Azərbaycanın maliyyə sektorunda gender göstəriciləri, qlobal statistika, liderlik və idarəetmədə gender balansı, eləcə də müasir işə qəbul trendləri kimi mövzular müzakirə olunub. Təlim zamanı real praktik nümunələr təqdim edilib, iştirakçıların sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.
Təlimi Bakı Dövlət Universitetinin müəllimi, genderşünas Nigar Səfərova keçirib. O, 2012-ci ildən insan hüquqları, xüsusilə qadın hüquqları sahəsində müstəqil ekspert kimi fəaliyyət göstərir və gender bərabərliyi istiqamətində müxtəlif maarifləndirici təşəbbüslərdə iştirak edir.
Qeyd edək ki, Unicapital-da gender balansının qorunmasına xüsusi diqqət yetirilir. Bu yanaşma təşkilat daxilində müxtəlifliyin, bərabər imkanların və sağlam korporativ mühitin formalaşmasına töhfə verir.
.png)
