TuranBank-ın istehlak kreditləri portfeli 32%-dək artıb | Banco.az

TuranBank-ın istehlak kreditləri portfeli 32%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

TuranBank-ın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 710 milyon 929 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 59 milyon 98 min manat və ya 9,1% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 206 milyon 55 min manat, biznes kreditləri portfeli 367 milyon 656 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 137 milyon 218 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 49 milyon 750 min manat və ya 31,8%, 1 milyon 592 min manat və ya 0,4%, 7 milyon 756 min manat və ya 6% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram