Müəllif: Tamara Mustafayeva, Banco.az
Palma yağı qiymətləri güclü tələbin təsiri ilə artmaqda davam edir.
Banco.az xəbər verir ki, xüsusilə Hindistan və Çinin güclü alışları nəticəsində ardıcıl üçüncü ticarət günündə də yüksəlişini davam etdirən palma yağı qiymətləri mart ayından bəri müşahidə olunan ən yüksək gündəlik səviyyəyə çatıb.
Lahor mərkəzli “Manzoor Trading Co.” şirkətinin satış direktoru Əbdül Həmid qiymət artımının əsasən Çinin güclü tələbi və Hindistanın Divali Festivalı ərəfəsində ehtiyatlarını yeniləməsi ilə bağlı olduğunu bildirib.
Həmid vurğulayıb ki, Hindistandakı bayram dövrünə görə tələbat aqressiv alışları sürətləndirir. Lakin Çinin alışlarında zəifləmə və ya Hindistanın festival öncəsi ehtiyat yeniləməsinin rəqib soya yağı səbəbindən zəifləməsi halında palma yağı bazarındakı bu tələb yönümlü rallinin korreksiya riski ilə üzləşə biləcəyini qeyd edib.
Texniki baxımdan “Phillip Nova Pte” şirkətinin əmtəə strateqi Daren Lim palma yağı fyuçerslərinin ton başına 4.550 ringgit səviyyəsindəki kritik müqaviməti qıraraq 4.600-ü keçdiyini bildirib. Onun sözlərinə görə, bu səviyyə yenidən test edilərək alıcı və satıcıların mübarizəsində istinad qiymətinə çevrilə bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!