Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrənin bankçılıq nəhəngi “UBS” ABŞ-da makroiqtisadi risklər və güclü investisiya tələbi səbəbilə qızılın uns qiyməti üzrə proqnozlarını artırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, bank ETF-lər və mərkəzi banklardan gələn güclü alım tələbinin, həmçinin dollarlaşmaya qarşı meyllərin qızıl qiymətlərini daha da yüksəldəcəyini proqnozlaşdırır.
“UBS” analitikləri dərc etdikləri hesabatda 2026-cı ilin mart ayı sonu üçün proqnozu 100 dollar artıraraq uns başına 3 min 600 dollara, iyun ayı sonu üçün isə 200 dollar artıraraq uns başına 3 min 700 dollara qaldırdıqlarını bildiriblər.
Analitiklər 2025-ci ilin sonu üçün proqnozun uns başına 3 min 500 dollar səviyyəsində saxlanıldığını, 2026-cı ilin sentyabr ayı sonu üçün isə proqnozun uns başına 3 min 700 dollarda sabit qaldığını qeyd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!