Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-fevral aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 19 milyon 478 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 9 milyon 120 min manat və ya 88% çoxdur. Ötən ilin yanvar-fevral ayında bu növ üzrə sığorta yığımlarının məbləği 10 milyon 358 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 453 min manat və ya 3,1 dəfə artaraq 667 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!