Böyük Britaniyada yanvar ayında təsdiqlənmiş ipoteka kreditlərinin sayı azalıb | Banco.az

Böyük Britaniyada yanvar ayında təsdiqlənmiş ipoteka kreditlərinin sayı azalıb

  Müəllif  - Fərid İslamov - Banco.az

 Böyük Britaniyada yanvar ayında təsdiq alan ipoteka kreditlərinin sayı dekabrdakı 66,51 mindən 66,19 minə düşüb, bu barədə İngiltərə Bankı məlumat verib.  

Trading Economics tərəfindən təqdim olunan analitiklərin konsensus proqnozu bu göstəricinin daha əhəmiyyətli dərəcədə - 65,7 minə qədər azalacağını gözləyirdi.  

Bununla yanaşı, yanvar ayında britaniyalılar ümumilikdə 4,207 milyard funt sterlinq (5,31 milyard dollar) məbləğində ipotek kreditləri götürüblər. Bu, 2022-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir. Orta real faiz dərəcəsi dekabrda 4,47% ilə 2023-cü ilin aprelindən bəri ən aşağı səviyyədə olduğu halda, yanvarda 4,51%-ə yüksəlib.