Müəllif - Eldar Kərimov - Banco.az
Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (Competition and Markets Authority, CMA) Amerika şirkəti "International Business Machines" (IBM) tərəfindən bulud xidmətləri təminatçısı "HashiCorp Inc."in alınması ilə bağlı sövdələşməni təsdiqləyib, bu barədə tənzimləyicinin saytında bildirilib.
CMA ötən ilin sonunda sövdələşmə ilə bağlı araşdırmaya başlayıb və bunun Britaniya bazarında rəqabətin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olub-olmayacağını yoxlayıb.
IBM 2024-cü ilin aprelində "HashiCorp"u almaq niyyətini elan etmişdi və şirkəti bir səhmə 35 dollar dəyərində qiymətləndirərək, müəssisənin ümumi dəyərini (EV) 6,4 milyard dollar səviyyəsində müəyyənləşdirmişdi.
Tərəflər sövdələşməni 2024-cü ilin sonuna qədər bağlamağı planlaşdırırdılar.
Çərşənbə axşamı ilkin ticarət zamanı "HashiCorp"un səhmləri 0,9% bahalaşaraq bir səhm üçün 34,75 dollara çatıb. IBM-in səhmləri isə 0,1% ucuzlaşıb.