Könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb | Banco.az

Könüllü həyat sığortası üzrə yığımlar və ödənişlər artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ildə könüllü həyat sığortası növlərinin hesabına 643 milyon 841 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, illik müqayisədə 98 milyon 638 min manat və ya 18.1% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2023-cü ilə nisbətdə 182 milyon 678 min manat və ya 62% artaraq 477 milyon 471 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram