“Lukoil”in rəhbəri dəyişdi | Banco.az

“Lukoil”in rəhbəri dəyişdi

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyanın “Lukoil” neft şirkəti sanksiyalar fonunda  baş direktorunu dəyişdirmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin məlumatında ​​deyilir.

Bildirilir ki, qərar direktorlar şurasının iclasında qəbul edilib. Şura Vadim Vorobyovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.

Yeni baş direktor əvvəllər Rusiyada neft və qaz hasilatı üzrə vitse-prezident vəzifəsini tutmuş Sergey Koçkurov olub.

Xatırladaq ki, yanvarın 10-da ABŞ Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib