Fitch-dən qızıl üçün yeni proqnoz | Banco.az

Fitch-dən qızıl üçün yeni proqnoz

Müəllif:Mehin Qasımova,Banco.az

Əmtəə qiymətləri ilə bağlı yeni proqnozlar kredit reytinq agentliyi Fitch-dən gəlib.

Banco.az xəbər verir ki, "Fitch" 2025-ci il üçün qızıl qiymət gözləntisini 2400 dollardan 2800 dollara, 2026-cı il üçün isə 2100 dollardan 2400 dollara qaldırıb.

"Fitch" misin qiyməti üzrə proqnozunu 2025-ci il üçün 8800 dollardan 9200 dollara, 2026-cı il üçün 8000 dollardan 8500 dollara qaldıraraq 2027-ci ildə 8000 dollar , 2028 və 2029-cu illər üçün isə 7500 dollar səviyyəsində saxlayıb.

Agentlik 2025 və 2026-cı illər üçün alüminiumun qiyməti proqnozunu 2500 dollar/barel, növbəti üç il üçün isə 2300 dollar/barel səviyyəsində saxlayıb."Fitch" sinkin qiymət gözləntisini 2025-ci il üçün 2700 dollar səviyyəsində saxladı, 2026-cı il üçün 2600 dollardan 2650 dollara, 2027-ci il üçün isə 2500 dollardan 2550 dollara qaldırdı.