Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Banco.az xəbər verir ki, hansı ölkələrlə ticarət razılaşmasının qaçılmaz olduğu sualına Tramp bildirib ki, Çin ilə müqaviləmiz var, yəqin ki, dörd və ya beş fərqli ölkə ilə müqavilələrimiz var və digər müqavilələr bağlamaq prosesindəyik.
Tramp 200-dən çox ölkə olduğunu və onların hamısı ilə müqavilə bağlaya bilməyəcəklərini, yaxın 1-2 həftə ərzində bu ölkələrə məktublar göndərəcəklərini və ABŞ-la iş görmək üçün ödəməli olacaqları tarif dərəcələrini bildirəcəklərini bildirib.
Hindistanla razılığa gələcəklərini qeyd edən Tramp bu ölkədə ticarət maneələrinin tamamilə aradan qaldırılmasını istədiklərini bildirib.
"Biz bəzi gözəl işlər görürük və ölkələrlə anlaşır, lakin bəziləri tarifləri ödəməli olduqları üçün məyus olacaqlar" ,- dedi Tramp.