Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri dayandırdı | Banco.az

Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını dayandırıb.

Banco.az xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Biz Batumidə yaşıl hidrogenin, enerji şəbəkəsinin və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək davam edir”, - diplomat bildirib.

Qeyd olunub ki, qərar Gürcüstanın Aİ yolundan uzaqlaşması və etirazçılara təzyiqlə əlaqədar qəbul edilib.