Türkiyə Azərbaycana 1 mlrd. manata yaxın birbaşa investisiya yatırıb | Banco.az

Türkiyə Azərbaycana 1 mlrd. manata yaxın birbaşa investisiya yatırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 911 milyon 977 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,5% və ya 39 milyon 75 min dollar çoxdur. 

Hesabat dövründə Türkiyə Azərbaycana ən çox investisiya yatıran 2-ci ölkə olub. 

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 872,9 milyon dollar təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram