ABŞ İran neftinin ticarətinə görə 16 şirkət və 23 tankerə qarşı sanksiya tətbiq edib | Banco.az

ABŞ İran neftinin ticarətinə görə 16 şirkət və 23 tankerə qarşı sanksiya tətbiq edib

Müəllif:Qasımova Mehin,Banco.az

Amerika administrasiyası 16 hüquqi şəxs və 23 tankeri sanksiya siyahısına  əlavə edib. Administrasiyasının  versiyasına görə, onlar İran neftinin ticarəti və daşınması ilə məşğul olublar. 

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenin açıqlamasında bildirilib.

Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi İran hakimiyyətinin nüvə proqramını və raket inkişafını maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq və həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırmaqdır.

ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərə əsasən, Çin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Panama, Liberiya, Surinam və Marşal adalarından olan şirkətlərə qarşı sanksiyalar tətbiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

Amerikanın qara siyahısına Malayziya, Barbados, Beliz, Kamerun, Kuk adaları, Palau, Panama, Sent Kitts və Nevis, San-Tome və Prinsipi və Esvatini bayraqları ilə üzən gəmilər düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram