Müəllif:Ayşən İmanova/Banco.az
Norveçdə elektrik avtomobillərin satışı üzrə yeni dünya rekordu müəyyən edilib.
Banco.az xəbər verir ki, bu barədə Norveç Yol Federasiyasının (OFV) dərc etdiyi statistik məlumatda deyilir.
Bildirilir ki, avqust ayında Norveçdə elektrik avtomobillərinin satışı bazarın 94%-ni təşkil edərək, yeni dünya rekordu müəyyənləşdirib.
Məlumata görə, alıcıların ən çox üstünlük verdiyi elektrik avtomobil modeləri "Tesla Model Y" (satışın 18,8%-i), “Hyundai Kona” və “Nissan Leaf” olub.
Avqust ayında norveçlilər 10 480 yeni elektrik avtomobili alıblar ki, bu da ilin əvvəlindən onların ümumi sayını 68 435-ə çatdırıb. Avropanın qalan hissəsində yüksək qiymətlər və qeyri-kafi infrastruktura görə elektrik avtomobili satışlarının durğunluğunu nəzərə alsaq, bu, təsirli nəticədir.