Avtomobillərin icbari sığortası üzrə yığımlar 96 mln. manata çatıb | Banco.az

Avtomobillərin icbari sığortası üzrə yığımlar 96 mln. manata çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyul aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 95 mln. 960 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 316 min manat və ya 3.6% artıb. 

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə 2023-cü ilin eyni dövrünə nisbətən 21.8% və ya 12 milyon 351 min manat artaraq 69 mln. manata yüksəlib. 

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımların məbləği 92 mln. 644 min manat, ödənişlərin məbləği isə 56 milyon 655 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram