Müəllif:Ayşən İmanova/Banco.az
Əsas istehsalçı ölkələrdə məhsulun pisləşməsi və bitki xəstəliklərinin yayılması səbəbindən portağal şirəsinin qlobal qiymətləri tarixi maksimuma çatıb.
Banco.az xəbər verir ki, bu barədə “ICE Futures” nəşri məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda qitələrarası birjada dondurulmuş portağal suyu konsentratının qiyməti bir funt üçün 5,04 dollara yüksələrək tarixdə ilk dəfə 5 dollar həddini keçib.
Son bir ayda portağal şirəsinin qiyməti 16,13%, bir ildə isə 57,66% artıb.
Qiymət artımı qlobal portağal şirəsi istehsalının 70%-dən çoxunu təmin edən Braziliyada portağal ağaclarının məhsuldarlığının pisləşməsi ilə əlaqələndirilir. Bu məhsul ilində portağal məhsulunun 25% azalacağı proqnozlaşdırılır ki, bu da 1988-ci ildən bəri ən aşağı göstəricidir.
Eyni zamanda, Braziliya Sitrus İxracatçıları Assosiasiyasının məlumatına görə, ötən 2023-cü ilin sonunda dünyada şirə ehtiyatları uzunmüddətli antirekordlara yaxın olub.