Banklar kredit faizlərindən 1.8 milyard manat gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 1.8 milyard manat gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları bu ilin yanvar-iyul aylarında müştərilərə verilmiş kreditlərdən 1 milyard 774 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 318 milyon manat və ya 21,8% çoxdur.

Banklar 2023-cü ilin yanvar-iyul aylarında 1 milyard 456 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

Ötən 7 ayda bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 326 milyon manat (16,5%) artaraq 2 milyard 302 milyon manata yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et