Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya iyul ayında idxal qiymətlərinin artması ilə ticarət kəsiri ilə üzləşib.
Banco.az xəbər verir ki, idxal qiymətlərinin artması ilə Yaponiya iyul ayında 621 milyard yen (4,3 milyard dollar) ticarət kəsiri verib.
Yaponiya Maliyyə Nazirliyi ölkənin idxalının əvvəlki illə müqayisədə təxminən 17 faiz artaraq 10,2 trilyon yenə (70,6 milyard dollar), ixracının isə 10 faiz artaraq 9,6 trilyon yenə (66 milyard dollar) çatdığını bildirib.
Dəmir, eləcə də ət və digər qida məhsulları idxalı artıb. Ölkənin ABŞ, Çin və Braziliyaya ixracı artıb, lakin Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" da daxil olmaqla bəzi istehsalçıların istehsalı dayandıran saxta sınaq qalmaqalı fonunda avtomobil ixracı əziyyət çəkməyə davam edib.
Xatırladaq ki, avtomobil istehsalı əvvəllər də pandemiya zamanı istehsalda yaranan fasilələr nəticəsində hissələrin çatışmazlığı ilə üzləşmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!