Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37% artıb | Banco.az

Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37% artıb

Bu ilin yanvar-iyul aylarında 38 ölkədən Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 956 min 882 nəfər sərnişin daşınıb.

Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 ölkə (18,7 %) və 526 min 485 sərnişin (36,8 %) çoxdur.

7 ayda Azərbaycana 542 min 431 sərnişin daşınmaqla Rusiya ilk yeri tutub. Bu da, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,9 % artım deməkdir.

Təkcə iyul ayında Azərbaycana 387 min 514 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 27,6 % çoxdur. İyulda Rusiyadan 99 min 467 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 21 % çoxdur.

Bu ilin yanvar-iyul aylarında Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən sərnişin daşınıb. Bu ölkədən 471 min 210 nəfər sərnişin səfər edib ki, bu da illik müqayisədə 21,4 % çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 259 min 082 sərnişinlə (+47,8 %) daxil olub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et