Ölkə banklarının filiallarının sayı artıb | Banco.az

Ölkə banklarının filiallarının sayı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 1 iyul tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 486, şöbələrinin sayı 91, ATM-lərin sayı isə 3,086 olub. Bunlar 1 ay əvvəllə müqayisədə müvafiq olaraq 3 vahid çox, 6 vahid az və 25 vahid çoxdur.

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bank sektorunda çalışanların sayı isə illik müqayisədə 982 nəfər artaraq 24,223 nəfər təşkil edib. Ötən ilin eyni dövründə bank işçilərinin sayı 23,241 nəfər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et