"Nvidia" səhmlərin geri alınması üçün əlavə 150 milyard dollarlıq səlahiyyət əldə edib | Banco.az

"Nvidia" səhmlərin geri alınması üçün əlavə 150 milyard dollarlıq səlahiyyət əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Nvidia" səhmlərin geri alınması üçün əlavə 150 milyard dollarlıq səlahiyyət əldə edib.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasında "Nvidia"nın direktorlar şurasının mövcud səhm geri alışı proqramı çərçivəsində əlavə 150 milyard dollarlıq səlahiyyəti təsdiqlədiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu artımdan sonra proqram çərçivəsində qalan ümumi səlahiyyət məbləği 235 milyard dollara yüksəlib. Bunun tarixdə səhmlərin geri alınması üçün ayrılan səlahiyyətin ən böyük artımı olduğu bildirilib.

Şirkətin proqram çərçivəsində qalan ümumi məbləği 2028-ci maliyyə ilinə qədər istifadə etməsinin gözlənildiyi qeyd olunub.

Açıqlamada fikirlərinə yer verilən “"Nvidia"”nın baş icraçı direktoru (CEO) Jensen Huanq bildirib: “Nvidia-nın böyüməsini süni intellekt və sürətləndirilmiş hesablama sahəsində nəsildə bir dəfə baş verən platforma dönüşümü gücləndirir.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram