Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 39 milyon 303 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 24 milyon 16 min manat və ya 37,9% azdır. 2025-ci ilin yanvar-avqust aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 63 milyon 319 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə daşınmaz əmlak sığortası üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 172 min manat və ya 65,7% artaraq 2 milyon 956 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
