"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb | Banco.az

"Naxçıvanbank" Əmanətlərin Sığortalanması Fondunun üzvlüyündən çıxarılıb

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) lisenziyası ləğv edilmiş "Naxçıvanbank"ı ƏSF-yə üzv bankların reyestrindən çıxarıb və banka verilmiş şəhadətnaməni ləğv edib.

Banco.az bu barədə Fonda istinadən xəbər verir. 

"Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilib", - qeyd edilib. 

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

Reyestrə daxil olma tarixi

Bankın adı

30.07.07

"XALQ"Bankı ASC

30.07.07

"Azərbaycan Beynəlxalq Bankı"ASC

30.07.07

“ACCESSBANK” QSC

30.07.07

Melli İran Bankı Bakı filialı

30.07.07

"Azər-Türk Bank" ASC

30.07.07

"Bank of Baku" ASC

30.07.07

"Bank Respublika" ASC

30.07.07

"Kapital Bank" ASC

30.07.07

"YELO BANK" ASC

30.07.07

"Rabitəbank" ASC

30.07.07

"TURANBANK" ASC

30.07.07

"UNİBANK" KB ASC

30.07.07

 Yapı Kredi Bank Azərbaycan QSC

07.08.07

"Expressbank"ASC

10.09.07

"Azərbaycan Sənaye Bankı" ASC

04.12.07

"Bank Avrasiya" ASC

04.12.07

"Paşa Bank" ASC

16.01.09

"AFB BANK"ASC

26.02.09

BANK VTB (AZƏRBAYCAN) ASC

28.04.09

PREMIUM BANK ASC

15.04.10

Bank "BTB" ASC

15.05.15

"Ziraat Bank Azərbaycan" ASC

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et