Qəbələdə otellərin qiymətləri – Siyahı | Banco.az

Qəbələdə otellərin qiymətləri – Siyahı

Araşdırma: Gülnar Ahmadli, Banco.az

Bu dəfə yay tətilini yalnız Qəbələdə keçirmək istəyənlər üçün otellərin qiymətlərini araşdırmışıq. Araşadırmamıza daxil edilən otellər arasında ən ucuz qiyməti "Karvan Hotel" təkilf edir. Burada 1 gecə keçirmək üçün 64 manat ödəmək lazımdır. Hazırda 1 gecə üçün ən bahalı qiymət isə "Qafqaz Riverside Hotel"dədir. Bu 5 ulduzlu otelin 1 gecəsinin qiyməti 334 manatdır.

Bu qiymətə SPA, açıq-qapalı hovuz, fitness zalı, türk hamamı və s. kimi xidmətlər də daxildir. 5 ulduzlu "Gabala Garden Hotel"də isə 1 gecənin qiyməti 263 manatdır. Burada da qiymətə SPA, sauna, açıq-qapalı hovuz və s. kimi xidmətlər daxildir. Bütün otellərdə qiymətlərə səhər yeməyi daxildir. 

Qeyd edək ki, otellərdəki qiymətlər doluluqdan asılılı olaraq dəyişə bilər. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram