Regionlarda otellərin qiyməti nə qədərdir? – Araşdırma | Banco.az

Regionlarda otellərin qiyməti nə qədərdir? – Araşdırma

Araşdırma: Gülnar Ahmadli, Banco.az

Banco.az bu məqalədə regionlarda fəaliyyət göstərən otellərin qiymətlərini araşdırıb. Cədvəldə qeyd olunan qiymətlər 1 gecə üçün 2 nəfərlik standart otaqların qiymətləridir. Qiymətlər səhər yeməyi, spa, sauna, hovuz, otağın eyvanlı və ya eyvansız olması, mənzərəsindən asılı olaraq dəyişir. Demək olar ki, otellərin böyük bir qismində səhər yeməyi qiymətə daxildir. Qiymətlərə təsir edən digər bir amil isə otelin doluluq səviyyəsidir. 

Aşağıdakı siyahıdan otellər və onların qiymətləri ilə bağlı daha ətraflı məlumat ala bilərsiniz. Qeyd edək ki, siyahıda həm də 5 ulduzlu otellər qeyd edilib (Yalnız 5 ulduzlu otellərdəki qiymətlər: https://tinyurl.com/3fkv7ydx).

Siyahımızda qeyd edilən ən ucuz otel Şəkidə yerləşir. Ümumiyyətlə, region otellərində qiymətlər 30 manatdan başlayır. Hazırda regionlarda istənilən büdcəyə uyğun otel tapmaq mümkündür. Lakin daha keyfiyyətli xidmət üçün nisbətən yüksək qiymətlər təklif edilir. Ötən illə müqayisədə bu il region otellərində qiymətlər 20-100 manat arasında artıb. Yalnız bir neçə oteldə qiymət dəyişməz olaraq qalıb. Cədvəldə əsasən yay mövsümü ilə əlaqədar olaraq daha çox üz tutulan (Şəki, Qəbələ, Lənkəran, Quba, Naftalan, Nabran, İsmayıllı) rayonlarda fəaliyyət göstərən otellər götürülüb. 

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumat infoqrafikdə:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et