Regionların 5 ulduzlu otellərində qiymətlər – Siyahı | Banco.az

Regionların 5 ulduzlu otellərində qiymətlər – Siyahı

Yay mövsümü ilə əlaqədar rayonlara dincəlməyə üz tutanların sayı xeyli artıb. Bakının isti havasından uzaqlaşmaq üçün insanlar daha çox sərin rayonlarda dincəlməyi seçirlər. 

Bu məqalədə hər kəs üçün maraqlı olacaq bir mövzunu – regionlarda fəaliyyət göstərən 5 ulduzlu otellərdə qiymətləri araşdırmışıq. Məqaləmiz yaxın günlərdə rayonlara istirahətə getməyi düşünənlər üçün daha maraqlı olacaq. Yayda ən çox səfər edilən rayonlardan olan Qəbələdə otellərin qiyməti müxtəlifdir. Burada 5 ulduzlu otellərin qiyməti 240 manatdan başlayır. Araşdırmada 1 gecəlik 2 nəfər üçün standart otaqların qiyməti götürülüb. Siyahımızda Şəkidən 2 otel qeyd edilib. Yay turizmi üçün ideal məkanlardan biri olan Şəkidə otellərin qiyməti isə minimum 130 manatdır. Sərin havası ilə Lənkəran və Quba da ən çox seçilən rayonlardandır. Lənkəranda yerləşən "Khazar Palace Hotel"də 2 nəfərlik standart otağın qiyməti 150 manatdır. Lənkərandakı digər otel "Lankaran Springs Wellness Resort"da isə qiymətlər 220 manatdan başlayır. Siyahımızda qeyd etdiyimiz otellər arasında 1 gecə üçün ən bahalı qiyməti "Quba Palace Hotel" təklif edir. Belə ki, burada gecələmək üçün 415 manat ödəmək lazımdır. Bütün otellərdə qiymətlərə səhər yeməyi daxildir. Bəzi otellərdə həftəsonu qonaqların sayı daha çox olduğu üçün qiymətlər də həftəiçi ilə müqayisədə nisbətən baha olur. 

Digər regionlardakı qiymətlər və qiymətə daxil olan xidmətlər barədə daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Hazırda bəzi otellərdə kampaniyalar da mövcuddur. Onu da qeyd edək ki, qiymətlər otelin doluluq səviyyəsindən, xidmətlərdən, otel otağının mənzərəsindən və s. asılı olaraq dəyişə bilir.  Odur ki, səyahət etməzdən minimum 1 həftə öncə otaq bron etməyinizi tövsiyə edirik. 

Ən sərfəli kredit üçün müraciət et

Araşdırma: Gülnar Əhmədli

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et