Ukrayna ilin sonuna kimi müdafiə xərclərini 12 milyard dollar artırmaq niyyətindədir | Banco.az

Ukrayna ilin sonuna kimi müdafiə xərclərini 12 milyard dollar artırmaq niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

Ukrayna hökuməti müdafiə ehtiyacları üçün əlavə 495,3 milyard qriven (təqribən 11,9 milyard ABŞ dolları) ayrılmasını nəzərdə tutan 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər haqqında qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk “Teleqram” kanalında məlumat verib.

Hökumətin təşəbbüsü digər büdcə proqramları üzrə xərclərin də təxminən 5 milyard qriven (təqribən 120,5 milyon ABŞ dolları) artırılmasını nəzərdə tutur. Büdcə balansını təmin etmək üçün onun gəlirlərini 214,5 milyard qriven (5,2 milyard ABŞ dolları) artırmaq və əlavə olaraq 220,9 milyard qriven (5,3 milyard ABŞ dolları) məbləğində borc almaq planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et