Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Azərbaycan, qazın ən iri idxalçılarından biridir və bir neçə ölkəyə qaz ixrac edir. Əsas qaz ixrac bazarları arasında Türkiyə, Gürcüstan, Rusiya, İran və Böyük Britaniya yer alır.
Banco.az xəbər verir ki, Azərbaycanın ən böyük qaz idxal bazarlarından biri Türkiyədir. 2023-cü ildə 10.854.348 kubmetr həcmində Türkiyə Azərbaycandan qaz qalıb. Bu da ümumi qaz satışının 40.8 faizidir. Gürcüstan, Azərbaycanın ikinci əsas qaz idxalçısıdır. Azərbaycan qazının 8.1 faizinin alıcısı olan Gürcüstan 2023-cü ildə 2.148.664 kubmetr qaz alıb.Ümumi ixracatın 1.2 faizi isə Rusiyanın payına düşür. 2023-cü ildə Rusiya Azərbaycandan 326.532 kubmetr qaz alıb.
Siyahıda Bolqarıstan 4.8 faiz qaz almaqla dördüncü (1.275.253), Yunanıstan 4.2 faizlik beşinci (1.117.467) daha sonra Rumıniya gəlir. Bu ölkə Azərbaycandan 184.286 kubmetr qaz idxal edib.Rumıniya ümumi payda payda 0.7 faiz yer tutur.
Qeyd edək ki, 2024-cü ilin yanvar - aprel ayları üzrə operativ məlumatlara əsasən, 4 ay ərzində respublikada 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,5 milyard kubmetr artımla qaz hasil edilib.
4 ay ərzində xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,8 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 220,7 milyard kubmetr, “Şahdəniz”dən isə 218,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 155,2 milyard kubmetri ixraca nəql edilib.
2024-cü ilin yanvar - aprel aylarında ölkədə 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 mln tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,5 milyon ton təşkil edib.
Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşüb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 may 2024-cü il tarixinədək 636,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 590,2 milyon ton neft, “Şahdəniz”dən isə 46 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 may 2024-cü il tarixinədək təqribən 634,2 milyon tonu ixraca nəql edilib.
Hesabat dövründə neft emalı 2,2 milyon tona yaxın təşkil edib.