Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 61.3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (2 iyul) müqayisədə 12.4 milyon dollar və ya 16.8% azdır.
Qeyd edək ki, iyulun 2-də keçirilən hərracda tələb 73.7 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!