Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar 23 mln. manatı ötüb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yığımlar 23 mln. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 2024-cü ilin yanvar-may aylarında 23 milyon 471 min manat sığorta haqqı yığıblar.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 milyon 477 min manat və ya 30,4% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin məbləği isə 896 min manat və ya 11,8% artaraq 8 milyon 469 min manata çatıb. Ötən ilin yanvar-may aylarında bu növ üzrə yığımların məbləği 17 milyon 994 min manat, ödənişlərin məbləği isə 7 milyon 573 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram