Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 may tarixinə fəaliyyət göstərən 23 bankın filiallarının sayı 480, şöbələrinin sayı 103, ATM-lərin sayı 3 102 olub. Bu da illik müqayisədə müvafiq olaraq 13 vahid az, 9 vahid və 100 vahid çoxdur.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 74 nəfər artaraq 24 110 nəfər təşkil edib. Aprel ayının əvvəlində bank işçilərinin sayı 24 036 nəfər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!