Azərbaycan hökuməti rəqəmsallaşmaya böyük əhəmiyyət verir.
Bunu “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransında çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
O, qeyd edib ki, rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafa və məhsuldarlığın artımına töhfə verir. Bu, xidmətlər və məlumatlara çıxış əldə etməyə imkan verir. Eyni zamanda, səhiyyə idarəetmə və təhsil sahəsinə töhfə verir. Azərbaycanda rəqəmsallaşmanın inkişaf strategiyası hazırlanıb. Strategiya rəqəmsal hökumət, rəqəmsal cəmiyyət, rəqəmsal biznes kimi üç sütundan ibarədir. Rəqəmsallaşma istiqamətində 500 KOB subyektini dəstəkləyirik. Nazir müavini Samir Məmmədov bildirib ki, 2026-cı ilin sonuna qədər Azərbaycanda 1 milyon vətəndaşın rəqəmsal ID-dən istifadə etməsinə, ölkə əhalisinin 65%-nin ilkin rəqəmsal bacarıqlara malik olmasına nail olmağı hədəfləyirik.
"Rəqəmsal transformasiya üçün etibarlı infrastruktur qurmalıyıq. Azərbaycanda 74% evlərin fiberoptik broadband-ə çıxışı var. Bu göstərici Bakıda 90 %-ə yaxındır", - deyə S.Məmmədov əlavə edib.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!