Müəllif:Gülbəniz Hüseynli/Banco.az
İqtisadiyyatın inkişafı ilə bağlı son illər ərzində həyata keçirilən islahatlar qeyri-neft sektorundakı artım tempinin sürətlənməsinə gətirib çıxarıb. Bu hal son illər büdcəyə qeyri-neft sektorundan proqnozlaşdırılandan daha çox vəsaitin cəlb edilməsinə imkan yaradıb.
İqtisadçı Eldənir Əmirov bu barədə Banco.az-a açıqlama verib. Ekspert bildirib ki, qeyri-neft sektorunun inkişafına təkan verəcək ən başlıca amil neft, qaz, hasilat həcmlərinin azalmasıdır:
“İkinci amil rəqabət mühitinin formalaşdırılması, gücləndirilməsidir. Burada vergi gücləndirilməsi də mühim rol oynayır.
Üçüncü amil regionlara biznes kredit qoyuluşlarının artırılmasıdır. Çünki ölkənin kredit portfelində regionların payı getdikcə hədsiz dərəcədə azalır. Bu, qeyri-neft sektorunu əngəlləyən başlıca faktorlardan biridir”.
Ekspert qeyd edib ki, regionlarımızda ev təsərrüfatlarının inkişafına, o cümlədən ev təsərrüfatlarında emal proseslərinin aparılmasına geniş imkanların verilməlidir. Eldəniz Əmirov hesab edir ki, buna görə də sertifikat məsələsinə yenidən baxılmasına ehtiyac var.