Müəllif: Gülnar Əhmədli, Banco.az
2023-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 302 milyon 409 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 15.3% və ya 172 milyon 797 min dollar çoxdur.
Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 milyard 129 milyon 612 min dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!