“Nvidia” dəyər baxımından ən sürətlə böyüyən Amerika brendinə çevrildi | Banco.az

“Nvidia” dəyər baxımından ən sürətlə böyüyən Amerika brendinə çevrildi

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın aparıcı çip istehsalçılarından biri olan Nvidia, dəyər baxımından ən sürətlə böyüyən Amerika brendinə çevrilib.

Banco.az xəbər verir ki,bu barədə Böyük Britaniyanın "Brand Finance" şirkətinin reytinqində bildirilib.

Qeyd olunur ki, Nvidia-nın dəyəri il ərzində 163% artaraq 44,5 milyard dollara çatıb. Bu, şirkətə bir il əvvəl 58-ci yeri tutsa da, Amerikanın ən dəyərli brendləri siyahısında 17-ci yerə yüksəlməyə imkan verib. Ən bahalı brend il ərzində 74% bahalaşan (516,6 milyard dollara qədər) Apple şirkətidir. Ən qiymətli brendlər siyahısında ikinci yeri Microsoft tutub. Onun dəyəri 340,4 milyard dollara yüksəlib. Google üçüncü yerdə qərarlaşıb (333,4 milyard dollar).

Siyahıda dördüncü və beşinci yerlərdə Amazon e-ticarət şirkəti (308,9 milyard dollar) və Walmart şəbəkəsi (96,8 milyard dollar) qərarlaşıb. Həmçinin ilk 10-luqda 75,7 milyard dollar dəyərində Facebook, Verizon telekommunikasiya şirkəti (71,8 milyard dollar), Instagram (70,4 milyard dollar),Starbucks (60,7 milyard dollar) və Tesla (58,3 milyard dollar) qərarlaşıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram