Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-də işsizlik müavinəti üçün müraciətlər gözləniləndən çox azalıb.
Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərə dair həftəlik məlumatları açıqlayıb.
Məlumata görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı sentyabrın 12-də başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 10 min nəfər azalaraq 196 minə düşüb.
Bazar gözləntisi bu dövrdə işsizlik müavinəti üçün müraciətlərin sayının 207 min olacağı istiqamətində idi.
İşsizlik müavinəti üçün müraciətlərin sayına dair əvvəlki həftənin göstəricisi 206 min olub.
Ötən həftə etibarilə işsizlik müavinəti üçün müraciətlərin 4 həftəlik orta sayı da 2 min 750 nəfər azalaraq 203 min 250-yə düşüb.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə sentyabrın 5-də başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 39 min azalaraq 1 milyon 730 minə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!
