Valyuta hərracında bankların dollar tələbi yüksək olaraq qalıb | Banco.az

Valyuta hərracında bankların dollar tələbi yüksək olaraq qalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bankların dollar tələbi yenidən yüksək olaraq qalıb. Belə ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 108,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (20 fevral) müqayisədə 5,5 milyon dollar və ya 5,4% çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, son 4 hərracdır ki, bankların tələbi 100 milyon dolları ötür. Fevralın əvvəlindən bəri keçirilən 7 hərracda bankların dollar tələbi 665,5 milyon ABŞ dollar təşkil edib. 

Tarix (2024-cü il üzrə)

Tələb

22 fevral

108,1 milyon dollar

20 fevral

102,6 milyon dollar

15 fevral

103,9 milyon dollar

13 fevral

151,1 milyon dollar

8 fevral

61,4 milyon dollar

6 fevral

79,7 milyon dollar

1 fevral

78,7 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et